“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırdı

İdman

06 İyul 2025 14:40 423


“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

Son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviçi, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb. Dominos pizza

Bununla yanaşı Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) ilə üz-üzə gələcək.

Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!