Arıqlamaq istəyənləri ölümə aparan məhsullar - Həkimdən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq istəyənləri ölümə aparan məhsullar - Həkimdən XƏBƏRDARLIQ

Sağlamlıq

15 Yanvar 2024 19:18 2773


Artıq çəki uzun illərdir ki, insanların qorxulu yuxusuna çevrilib. İnsanlar yemək yemədən, müxtəlif iştah azaldan məhsullardan istifadə edərək arıqlama çalışır. Bəs, həmin məhsullar nə qədər zərərsizdir?

Həkim-dietoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. O bildirib ki, arıqlama məhsulları insanları ölümə sürükləyir:

“Arıqlama çayları, kapsul, kofe və digərləri bu ad altında satılan və ticarət marağı üçün olan məhsullardır. İnsanlar artıq bunun fərqinə varmalıdırlar. Həqiqətən də xəbərdarlıqlar edilməlidir ki, arıqlama vasitələri insan sağlamlığı üçün ciddi təhlükələr yaradır. Hətta demək olar ki, insanları ölümə belə aparır”. pizza sifarişi

Mütəxəssis arıqlama məhsullarının içində olan təhlükəli maddədən söz açıb:

“İnsanların arıqlamaq üçün istifadə etdiyi sadalanan məhsulların tərkibində sibutramin adlı maddə olur. Biz buna anoreksik tərkib deyirik. Həmin maddə sözün əsl mənasında bioloji ölümü tezləşdirir. Çünki bu aclıq mərkəzinə təsir edir. İnsanın iştahası kəsilir və yemək yemir. Adətən, düşünürük ki, yemək yeməyəndə adam arıqlayır. Bu nə qədər doğrudur?  Yemək yemədikdə, vitamin, mikroelement və s. resurslarımızı itirmiş oluruq. Nəticədə depo sıfırlanır. Bundan sonra ayaqda qalmaq üçün resurs olmur deyə, insan həyatını itirir. Bu da ciddi həyəcan siqnalıdır. Yemədən arıqlamaq mümkün deyil. İnsan yeyərək arıqlamalıdır”.

Həkim vurğulayır ki, insanlar bu məhsulların tərkibinə xüsusi diqqət etməlidir:

“Onu da qeyd edim ki, sibutramin maddəsi xarici ölkələrdə neçə illərdir qadağan olunub. Bizim ölkədə isə 3-4 il öncə arıqlama kapsullarının tərkibində bu maddənin adı yazılırdı. Ancaq indi bu məhsulların tərkibinə nəzər salanda heç nə yazılmadığını görürük. Qeyri-müəyyən tərkib olduqda belə insanlar düşünsün ki, bu zərərlidir. Ehtimal olunur ki, həmin maddə qadağan olunduğu üçün arıqlama məhsullarının tərkibində adı keçmir, lakin özü kapsulun tərkibində mövcuddur”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!