Arıqlamaq istəyənlərin ən böyük səhvi: Bütün əziyyətləri heçə endirir

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq istəyənlərin ən böyük səhvi: Bütün əziyyətləri heçə endirir

Sağlamlıq

26 Yanvar 2024 16:58 1895


Sağlam şəkildə arıqlamaq istəsəniz də, tərəzidə təsirin kifayət etmədiyini görə bilərsiniz. Bu vəziyyət bəzi kritik səhvlərə yol verdiyinizdən xəbər verir. Sözügedən halın yaşanmasını istəməyənlər bəzi nüanslara diqqət yetirməlidir.

Yenisabah.az xəbər verir ki, sağlam həyata qədəm qoyub daha fit olmaq üçün birdən çox üsuldan istifadə edənlərin tez-tez etdiyi bir səhv var. Bu səhv idman və pəhrizdən əlavə təzə sıxılmış meyvə şirəsi içməkdir. Məşhur inancın əksinə olaraq, meyvə şirəsini sıxaraq içmək sağlam seçim deyil.

Lif və vitaminlərlə zəngin olan meyvələrin şirəsini içənlər bədənlərinə ancaq bir çox faydası olan sağlam meyvələrin şəkərini qəbul edirlər. Bundan əlavə, meyvə şirələri hazırlamaq üçün gündəlik istehlakdan daha çox meyvə sıxıldığı üçün lazım olduğundan çox daha çox şəkər istehlak edirsiniz. Bu vəziyyət arıqlamaq əvəzinə kökəlmənizə səbəb olur. Dominos pizza

Məsələn, bir stəkan naringi suyu üçün 6 ədəd naringi istifadə etmək lazım olduğu halda, gün ərzində 2 ədəd naringi istehlak etmək sağlamlıq üçün kifayətdir və ondan çoxu meyvənin faydalarından yararlanmağa əngəl törədir. İdman və pəhrizlə maraqlananların meyvə şirəsini sıxmaq yerinə meyvəni təbii formada yeməsi tövsiyə olunur.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!