Atambayevə qarşı 2 yeni iddia

saytların hazırlanması

Evə çatdırılma

Atambayevə qarşı 2 yeni iddia

Dünya

14 Avqust 2019 15:21 1406


Qırğızıstanın keçmiş Prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Almazbek Atambayevə qarşı yeni ittihamlar irəli sürülüb.

“Yeni Sabah” “RİA Novosti”yə istinadən xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən qaldırılan iki iddia Qırğızıstanın istilik-elektrik stansiyasının modernləşdirilməsi və Forum binası ilə bağlıdır. Belə ki, ötən ilin yanvarında Bişkekin yeganə nəhəng və yanacaqla işləyən elektrik stansiyasında anomal şaxtalara görə qəza baş verib. Ölkə Çindən aldığı 386 milyon dollar kreditlə istilik-elektrik stansiyasını yenilədikdən sonra Qırğızıstanda korrupsiya qalmaqalı olub, bir sıra yüksək vəzifəli məmurlar nəzarətə götürülüb.

Sözügedən Forum binası isə Bişkekin mərkəzində, Atambayevin qərargahının yerləşdiyi çoxmərtəbəli 2 binadır. Daha əvvəl eks-prezidentin digər 120 əmlakı kimi, bu binalar da məhkəmə qərarı ilə möhürlənmişdi. Müstəntiqlərin fikrincə, bu binaları əldə edərkən Atambayev bir sıra qanun pozuntularına yol verib. Dördpendirli pizza

Sabiq Prezidentin vəkili Sergey Slesarev bildirib ki, Atambayev iddialara tanış olub və bu ittihamları qəbul etməyib.

Qeyd edək ki, Almazbek Atambayev hazırda Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılır. O, dövlət çevrilişinə cəhddə, qətl və digər ağır cinayətlərdə ittiham olunur.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!