Atletika üzrə Azərbaycan çempionatı davam edir

saytların hazırlanması

Evə çatdırılma

Atletika üzrə Azərbaycan çempionatı davam edir

İdman

22 İyun 2019 08:18 1627


İyunun 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edir.

AAF-dan “Yeni Sabah”a bildiriblər ki, çempionatda 120-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Yarışda paytaxt klublarından başqa Sumqayıt, Gəncə, İsmayıllı, Bərdə və Xızı rayonundan olan atletlər iştirak edir.

Ölkə çempionatının birinci günündə oğlanlar arasında üçtəkanla tullanma yarışında Çingiz İsrafilov və lövhə atmada Yusif Nəzərov qalib adını qazanıb. Qızların yarışında isə üçtəkanla tullanmada Ülviyyə Cabbarova birinci yerə layiq görülüb. pizza

Oğlanlar arasında qaçış yarışlarında Əli Abdıyev (100 m), Teymur Salahzadə (400 m) və Eldar Qurbanlı (1500 m) birinci olub. Qızların mübarizəsində isə Ləman Hüseynova (100 m), Ayana Seyuşova (100 m, sədlərlə qaçış), Lamiyə Vəliyeva (400 m) və Məleykə Qurbanova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!