Avarçəkmə Federasiyası het-trik etdi

saytların hazırlanması

Evə çatdırılma

Avarçəkmə Federasiyası het-trik etdi

Rəsmi

27 Dekabr 2023 13:36 2041


Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib.

Tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb. 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası ilin  idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib.  Sezar pizza

“Prezident kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!