Avtomobil oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil oğrusu tutuldu

Kriminal

30 Aprel 2019 17:50 858


Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb. Dominos pizza

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.  

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!