Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb.
DİN-də “Yeni Sabah”a verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.
Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib. pizza
Daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız