“Az qala bütün cərrahlar plastik cərrahiyyəyə meyl edirlər”   – Vaqif Qarayev

saytların hazırlanması

Evə çatdırılma

“Az qala bütün cərrahlar plastik cərrahiyyəyə meyl edirlər” – Vaqif Qarayev

Sağlamlıq

12 May 2020 16:20 944


“Son vaxtlar tələbat olduğuna görə az qala bütün cərrahlar plastik cərrahiyyəyə meyl edirlər”. 

Yenisabah.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O, 24 yaşlı qızın 3-cü dəfə estetik əməliyyat keçirən zaman həyatını itirməsi ilə bağlı danışıb: “Xarici görkəmi ilə pul qazananları anlamaq olar, çünki pula görə istədikləri əməliyyata gedirlər. Amma adi insanların bu qədər təbiətin əleyhinə getməsinə ehtiyac varmı?! Allah doğmalarına səbr versin!” 

Qeyd edək ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb və əməliyyat zamanı vəfat edib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!