AZAL yeni təyyarə aldı

saytların hazırlanması

Evə çatdırılma

AZAL yeni təyyarə aldı

İqtisadiyyat

13 Oktyabr 2025 11:12 459


AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib.

Bu barədə “Yeni Sabah”a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib. 

Donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı “Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli “Wi-Fi” xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər. Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində “Airbus A320neo” əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli pizza hut

Qeyd edək ki, ilk “Airbus A320neo” təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!