Azarkeşlərdən tələb olunub ki, Yurçeviçi istefaya çağırdıqlarını desinlər

saytların hazırlanması

Evə çatdırılma

Azarkeşlərdən tələb olunub ki, Yurçeviçi istefaya çağırdıqlarını desinlər

İdman

12 İyun 2019 13:09 1476


Dünən küçirilən Azərbaycan – Slovakiya matçı zamanı "İstefa!" şüarını səsləndirən bir qrup azarkeş Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb.

Onlardan biri -İmran Hacıbəyli bildirib ki, Azərbaycan yığması Slovakiya komandası ilə oyunda üç qol buraxdıqdan sonra tamaşaçılar yerlərindən qalxaraq "İstefa!" şüarını səsləndirməyə başlayıblar.

4-cü qoldan sonra şüar daha ucadan səsləndirilib. Mülki geyimli şəxslər İ.Hacıbəylini və daha 16 azarkeşi polis bölməsinə aparıblar. Orada onlara deyiblər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması barədə açıqlama yazsınlar. Əslində "İstefa!" şüarı AFFA rəhbəliyinə ünvanlanıb. Marqarita pizza

Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb. 24-cü polis bölməsindən və DİN-dən şərh almaq mümkün olmayıb.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!