Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 20-dək turizm şirkətinin iştirak etdiyi nümayəndə heyəti Almaniyada “İTB Berlin 2019” turizm sərgisində təmsil olunur.
"Yeni Sabah" xəbər verir ki, martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kv. metrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub.
Sərgidə “Salam Tourism and Travel”, “ENC Tours”, “Baku Hospitality Group”, “Lets go”, “Spektr Travel”, “Al Travel”, “Era Travel”, “TRHAL Travel Agency”, “Silk Way Travel”, “JW Marriott Absheron Baku”, “PASHA Travel”, “Golden Globe International”, “Gilan Hospitality Group”, “Shamakhi Palace Sharadil Hotel”, “Ok Tours”, “Pullman Baku”, “Absheron Hotel Group”, “Touronline.az”, “Geo Travel”, “Hello Azerbaijan” turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirlər. Azərbaycan Hava Yolları isə ayrıca stendlə təmsil olunur. Sezar pizza
“Almaniya dünyanın ən böyük getmə turizm bazarlarından biridir. Alman turistlər səyahət və istirahətin müxtəlif növlərinə maraq göstərirlər. Məhz buna görə də Azərbaycanın turizm potensialının burada tanıdılması xüsusi önəm kəsb edir. Azərbaycan alman səyahətçilərə təqdim etmək üçün genişhəcmli turizm imkanlarına malikdir” deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın “İTB Berlin” sərgisində iştirakını şərh edərək bildirib.
Telegram kanalımız