“Azərbaycan dərhal o məbədə sahiblənməlidir“

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dərhal o məbədə sahiblənməlidir“

Siyasət

30 Aprel 2019 09:52 1096


“Gürcüstan-Azərbaycan münasibətlərinda baş verən son hadisələr haqqında fikir bildirmək üçün günlərdir Gürcüstan mətbuatını izləyirəm, rus və ingilis dilində çıxan məlumatları araşdırıram ki, peşəkar fikir bildirməyə cəhd edim, populist ura-patriotizmdən uzaq olum”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib:

“Əvvəl onu deyim ki, Gürcüstan bizim təbii iqtisadi uzantımızdır, qonşu ölkə bizə nə qədər möhtacdırsa, bir o qədər də bizim Gürcüstandan asılılığımız var. Bütün beynəlxalq logistik və enerji xətlərimiz Gürcüstandan keçir. İşğalçı Ermənistan öz axmaq siyasəti nəticəsində bizi Gürcüstandan asılı vəziyyətə saldı. Gürcüstan da Azərbaycandan çox asılıdır – həm enerji təhlükəsizliyi məsələsində, həm investisiyalarda, həm də özünü qorumaq üçün, yəni, biz Gürcüstanın islahatlarının əsas sponsoru və təminatçısıyıq. Gürcüstan bütün bölgəni Qərbə inteqrasiyada arxası ilə apara biləcək lokomotivdir, səhvləri, doğruları ilə gedir və bizə də yol açır.  pizza mizza

Gürcüstanda baş verən istənilən hadisəyə çox həssas yanaşmalıyıq, çünki yüz minlərlə Borçalı türkünün yaşadığı məkandır, bizim siyasi, strateji, iqtisadi, hətta hərbi maraqlarımız olan ölkədir. Gürcüstanın uğurları, həm də bizim üçün cığır açan amildir.

Bəs nə baş verir? Əslində Gürcüstanda fəaliyyət göstərən bir çox siyasi (bir də etnik qrup kimi ermənilər) qruplar (hərə öz gündəliyinə görə) Azərbaycanla münasibətin gərginləşməsində maraqlıdırlar. Millətçilərin öz marağı, səs artırmaq çabası var, erməni icmasının öz marağı (Rusiyanın ciddi təsirləri olan qrupdur), dini kəsimin isə öz maraqları var. Gürcüstan çox dindar ölkədir, gürcü kilsəsinin böyük nüfuzu və imkanları var. Son zamanlar David Qareci məbədi ətrafında olanlar həm millətçi, həm də dindar kəsimin həssasiyyəti üzərində qurulub”. 

Ekspert əlavə edib ki, Gürcüstan demokratik ölkə, QHT-lərin sərbəst fəaliyyət göstərdiyi məkan olduğu üçün orada proseslərə daha peşəkarcasına yanaşırlar: 

“1. 2016-ci ildə Gürcüstan hökuməti və QHT-lərinin göstərdiyi doğru fəaliyyət nəticəsində nüfuzlu “National Geographic” dərgisi David Qareci məbədini dünyanın (məhz dünyanın) 20 ən gözəl məbədi və məkanı sırasında göstərdi – həmən kompleksə diqqət artdı. 2. Bu ilin aprel ayında Avropa Birliyinin maliyyələşdirdiyi və Avropada tarixi abidələrin qorunması ilə məşğul olan nüfuzlu “Europa Nostra” təşkilatı dünyada tanınmış alimləri cəlb etməklə Tiflisdə David Qareci məbədini qorumaq üçün böyük bir konfrans təşkil etdi. 3. Nüfuzlu beynəlxalq mediada gürcü alimləri və QHT-ləri məbəd, onun tarixi əhəmiyyəti haqqında onlarla məqalələr dərc etdirdilər. 4. Gürcüstan hökuməti bu məsələdə QHT-lərlə və beynəlxalq təşkilatlarla birgə çalışdı. 

Bəs biz nə edirik, səs-küydən başqa nəsə etməyə cəhd varmı? Məsələyə elmi, praqmatik, beynəlxalq “dilə” və “üsluba” uyğun addımlar varmı?! 

1.Azərbaycan hökuməti QHT-ləri “düşmən” sayır, sivil toplumun nə qədər vacib institut olduğunu qavramır. 

2.Ölkənin imici bərbaddır, atılan addımlar üçün beynəlxaq lobbiçilik primitivdir.

3. Gürcüstanda yaşayan türklərin (azərbaycanlı vətəndaşlıq tanımıdır, üst kimlikdir) yumşaq gücündən istifadə edə bilmirik. Onlar dil öyrənmir, siyasə qatılmır – bunun da ən böyük səbəbi Azərbaycanın bu sahədə siyasətini doğru qurmamasıdır.

4. Dəfələrlə təklif etmişəm, bir daha deyim – Gürcüstanda QHT-lərin işləməyi üçün əla şərait var, bundan istifadə etmək lazımdır. Azərbaycan hökumətinin dəstəyi ilə dürüst çalışan QHT-lər seçilib maliyyələşdirilməli, həmin sivil toplum institutları Gürcüstanda türklər yaşayan ərazilərdə hüquqi yardım və dil kursları açılmalıdır. Bunun üçün ilkin olaraq cüzi maliiyyələşmə lazımdır, sonra gürcüstanlı iş adamları da sponsorluq edə bilərlər, hətta beynəlxalq donorlar da belə addımla ciddi maraq göstərərlər. Həmin hüquq və dil mərkəzləri Gürcüstanda yaşayan türklərin yeni (əslində artıq yeni də deyil, 16 ildir) siyasi, ictimai, mədəni sistemə tez və ağrısız uyğunlaşmasına yardım edə bilər ki, bu da Gürcüstanda yaşayan türklərin yumşaq və həlledici siyasi güc olmasına səbəb ola bilər. Siyasətdə “bloklayıcı azlıq” anlayışı var – yəni, elə bir siyasi güc ola bilər ki, onun mövqeyi qəbul olunan qərarlarda həlledici olsun. Gürcüstanda yaşayan türklərin belə bir imkanı var. Təbii ki, mən etnik partiyanın əleyhinəyəm, partiya ideoloji olmalıdır, amma reallıqda belə siyasi güclər dünyada var və uğurlu fəaliyyət göstərirlər.

Yekun olaraq bir daha demək istəyirəm ki, bütün məsələlərə emosiyasız, ağılla, elmi. Siyasi yanaşmaq lazımdır. Bunun üçün həm Azərbaycan dövlətinin, həm də cəmiyyətin, sivil toplumun üzərinə məsuliyyət düşür. Hər kəs öz məsuliyyətini dərk etməli, ona uyğun davranmağı öyrənməlidir. O ki qaldı David Qareci məbədinə, Azərbaycan dərhal o məbədi dünya tarixinin incisi elan edib qoruma altına almalı, məbədin bərpasına, təmirinə vəsait ayrılmalı, nüfuzlu alimləri cəlb etməklə məbədə sahiblənməlidir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!