Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatına 3 gümüş medalla start verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ikinci yarış günündə 5 çəkidə qaliblər müəyyənləşib. Dominos pizza
Turan Daşdəmirov finalda rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) finalda rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə finalda gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabıyla məğlub olub.
Telegram kanalımız