Azərbaycan MDB-də 5-ci oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan MDB-də 5-ci oldu

İqtisadiyyat

04 İyul 2019 07:56 1194


Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb.

“Yeni Sabah”ın Trend-ə istinadən məlumatına görə, 2019-cu ilin birinci rübündə Azərbaycan 4,5 milyard dollar məbləğində məhsul ixrac edib. İdxal məbləği isə 3,1 milyard dollara bərabər olub.

Azərbaycandan başqa yalnız iki ölkədə ticarət saldosu müsbət olub. Rusiya 104,4 milyard dollar məbləğində ixrac, 56 milyard dollar dəyərində idxal edib. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 13,3 milyard dollar və 7 milyard dollar təşkil edib.

Bundan başqa Belarus, Özbəkistan və Ukraynanın da adları idxal həcminə görə ön sıralarda yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!