Azərbaycan müxalifəti yeni birlik yaradır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan müxalifəti yeni birlik yaradır

Siyasət

30 Aprel 2019 15:11 1034


Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Ümid Partiyasının qərargahında baş tutan görüşdə ölkə gündəmini əhatə edən bir sıra məsələlərə dair ictimai-siyasi müzakirələr aparılıb, yaranmış hazırkı şəraitdə yeni siyasi texnologiyaların həyata keçirilməsinin və bunun üçün də yeni bir siyasi blokun yaradılmasının vacibliyi qeyd edilib.

Partiya sədrləri siyasi proseslərin yeni mərhələyə keçməsini nəzərə alaraq, yaxın vaxtlarda bəzi siyasi partiyalarla məsləhətləşmələr aparılması haqda razılığa gəliblər. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!