Azərbaycan nə vaxt öz Salahını yetişdirə bilər?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nə vaxt öz Salahını yetişdirə bilər?

İdman

27 İyun 2019 11:43 1252


Bəlli məsələdir ki, Azərbaycanda futbol başdan iylənib. Amma bu ölüvay halımızla belə, yenə də nəyəsə ümid edirik, xoş şeylər görmək istəyirik. Xülasə, futbolçularımızın Biləcəridən o tərəfə keçməsini görmək arzu olub yapışıb ürəyimizin üstündən. 

Biz Messi, Ronaldo, Salah kimi futbolçuları neçə əsr də yaşasaq, bu idarəçiliklə çətin ki, yetişdirə bilək. Amma ən azından xarici klublara ayaq açan futbolçular yetişdirə bilərik. İşin əmması isə budur: Yetişdirə bilmirik. Bunun səbəbləri çoxdur. Ən başlıcası, bizdə uşaq futbolu yox kimi bir şeydir. Stadionlar da onun kimi. Məşqçilər ondan da betər. Çempionat daha acınacaqlı. Limit problemləri baş gicəlləndirici. Bəli, bu və buna bənzər başqa səbəblər legioner həyatı yaşayan futbolçu yetişdirilməsinə icazə vermir. 

Ancaq Türkiyə ilə öyünüb, fəxr edirik. Bu nə vaxta kimi belə gedə bilər? Rəhbərliyin köklü dəyişmədiyi müddətə qədər. Yeri gəlmişkən, ən böyük problemimiz məhz budur. Futbolla əlaqəsi olmayan, yenilikçi ideyaları olmayan şəxslər futbolumuzun başındadır. Belə olduqda hansı inkişafdan danışa bilərik? Hansı futbolçumuz bu şəraitdə legioner həyatı yaşaya bilər? Heç biri. Toyuqlu pizza

Yaşamaq istəyənlər də elə seçimlərlə qarşılaşırlar ki, getməyib qalırlar Azərbaycanda. Kimisini klublarımız əldən vermək istəmir, kimisi burada daha çox qazanır deyə, kimisinə ailəsi icazə vermir və.s. Gedənlər də bir müddət sonra qayıdıb gəlir yenə doğma vətənə. Öyrəşə, uyğunlaşa bilmirlər. Bunun da səbəbi elə bizim futbol idarəçiliyidir. Psixoloji təsir beılə normal formalaşdırılmayan bir yerdə legioner futbolçu çıxmasını gözləmək də, açığı gülüncdür. Bizdə futbolçunu sıxmaq, təsir göstərmək daha güclüdür, nəinki onlara bir sıra imkanlar yaratmaq.

Akademiyası ən yaxşı formalaşan “Qəbələ” klubudur, fəqət onlardan belə xaricə getmək potensialı olan futbolçu çıxmır. Çıxanlar isə burada qalmağı seçirlər. Çox da geri zamanlamaya ehtiyac yoxdur. Klubun yetirməsi Bəhlul Mustafazadənin bir neçə ay öncə “Seltik”ə keçəcəyi bütün idman mediasını əlinə almağı bacarmışdı. Nəticə? Dünən futbolçunun “Sabah”a 3 illik müqavilə əsasında keçidi rəsmiləşdi. Hansı səbəbdən işin belə alındığı haqqında dəqiq nəsə demək mümkün olmayacaq. Lakin bir-iki ehtimal yazmaq olar: 1.Yaxşı maaş təklif edilib; 2.Bu xəbər futbolçunun PR-nı aparmağa yönəlmiş addım idi; 3.Mental məsələlər; 4.”Seltik” futolçumuzu almağı “lazım bilməyib”. 

Ehtimallar bir kənara, “Qəbələ”nin Bəhlul kimi bir yetirməsini satması da türklər demiş, bir az şov. Klub bir tərəfdən öz yetirmələrinə yer ayıracğını bildirir, digər yandan ən yaxşı yetirmələrindən birini satır. Qəribədir. 

Bu xəbər əslində, çoxlarını sevindirmişdi. Ki, bəs futbolçumuzla filan məşhur klub maraqlanır. Axı, bizdə belə şeylər neçə ildən bir olur. O da olmadı, qaldı yarımçıq. Bu gedişlə hələ çox yarımçıq qalacaq. Futbolu sürünən ölkənin futbolçusu niyə xaricə getsin, niyə sürünməsin? Getməsin, qalsın burada. Əsas çempionatdan 1-ci diviziona, sonra da region liqasına getsin. Ölkə daxilində legioner həyatı yaşasın, bəsləridir. Futbolumuza da, futbolçumuza da bundan artığı yaraşmır. Səhv anlaşılmasın, amma bu da azdır. Hələ nə toylar, nə şadlıqlar görəcəyik. Gözləyin.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!