Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Siyasət Veb saytların hazırlanması

26 Mart 2023 22:12 15788


Azərbaycan Qarabağda yaşanan növbəti qanunsuluğa özü son qoyub.

Yenisabah.az xəbər verir ki, Ordumuz buna Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu nəzarətə götürməklə nail oldu.

Hərbi ekspert Ədalət Verdiyev "Xəzər Xəbər"ə deyir ki Azərbaycan ordusu həmin yollara nəzarətə imkan yaradan yüksəkliyi ələ keçirməklə böyük üstünlük əldə edib. Ekspert bildirib ki dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq rusiyalı sülhmərmalı kontigenti həmin yollardan silah daşınmasına göz yumurdu. Azərbaycanın gəlcəkdə mümkün təxribatların qarşısını almaq üçün torpaq yolları nəzartə götürməyi vacib idi.

Onun sözlərinə görə sözügedən yollara nəzarət separatçıların əl-qolunu bağlayacaq. Bundan sonra azərbaycan qanunsuz əməllərə qarşı özü tədbirlər görəcək.

Eksper əlavə edib ki bu proseslər bir daha onu göstərir ki Laçın Xankəndi yolunda nəzarət keçid məntəqəsi yaradılmalıdır.

/Xəzərxəbər.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!