Azərbaycan teatrı “Yad qadının məktubu”nu Türkiyəyə aparıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan teatrı “Yad qadının məktubu”nu Türkiyəyə aparıb

Mədəniyyət

24 May 2024 10:47 6437


Müstəqil M.Teatr - "Mənim Teatrım" ölkəmizi  Türkiyə Cumhuriyyətinin Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında təmsil edib. 

Teatrın mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 21 may tarixində  teatrın yaradıcı heyəti  Ştefan Svayqın “Yad qadının məktubu” tamaşası ilə “Konya Tantavi Kültür ve Sanat Merkezi”nin səhnəsində Türkiyə tamaşaçıları və xarici ölkələrdən qatılan sənətçilər qarşısında çıxış edib.

Tamaşadan sonra Türkiyə Cümhuriyyəti Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı tərəfindən "Teatrın festivaldakı iştirakına görə" fəxri mükafatı ilə təltif olunub. pizza sifarişi

Qeyd edək ki, məhşur avstriya yazıçısı Ş.Svayqın “Yad qadının məktubu” novellası əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyevadır.

Rəğbətlə qarşılanan tamaşada rolları Vidadi Həsənov (Hakim), Oksana Rəsulova (Qadın) və Ziya Ağa (Yazıçı) ifa ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!