Xəbər verdiyimiz kimi, Azərbaycan Türkiyə üçün viza rejimini ləğv edib. Ekspertlərin sözlərinə görə, bu, ölkəyə gələn türk turistlərin sayını xeyli artıracaq.
Digər tərəfdən Azərbaycan və Çin arasında imzalanmış memorandum nəticəsində də çinli turistlərin artacağı gözlənilir. Bəs Azərbaycan buna hazırdırmı? Sadə bir festivalda, konsertdə, oyunda dolub-daşan otellər bu qədər turisti haraya sığdıracaq?
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə problemlə bağlı “Yeni Sabah”a açıqlama verib. Pepperoni pizza
Bildirib ki, dövlət proqramı əsasında ölkəyə gözlənilən turist axının tərkib hissəsi kimi Bakıda yeni mehmanxanalar, yeni otellər tikiləcək: “Bu proqram üzrə də müvafiq turistlərin gəlişi yeni açılacaq mehmanxanalarla, otellərlə, bu tip tikililərlə tənzimlənəcək.
Dövlət proqramı əsasında biz turistlərin sayını artırırıq, lakin sonrakı mərhələni də hesablayırıq. Bu iş birtərəfli yox, ikitərəflidir”.
Elnarə İlham
Telegram kanalımız