Azərbaycan və Küveyt nazirləri telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Küveyt nazirləri telefonla danışdı

Siyasət

02 Mart 2026 16:21 397


Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah arasında telefon danışığı aparılıb.

Bu barədə “Yeni Sabah”a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı bölgədə artan gərginlik müzakirə olunub. Pepperoni pizza

Nazirlər davam edən hərbi toqquşmalarla bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin regional təhlükəsizlik və sabitlik üçün ciddi risklər yaratdığını vurğulayıblar.

Gərginliyin azaldılmasının vacibliyi vurğulanaraq, danışıqlar prosesinə qayıdış üçün diplomatik təşəbbüslərin gücləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Nazirlər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!