“İranı tərk edin” -   XİN-dən vətəndaşlara təcili çağırış

saytların hazırlanması

Evə çatdırılma

“İranı tərk edin” - XİN-dən vətəndaşlara təcili çağırış

Siyasət

28 Fevral 2026 11:51 335


“İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Pepperoni pizza

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur”, - XİN-dən qeyd olunub.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

tehran@mission.mfa.gov.az

+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

tabriz@mission.mfa.gov.az

+98 901 414 31 57

+98 935 317 21 01


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!