Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib

İqtisadiyyat

13 İyul 2019 08:51 1543


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

"Yeni Sabah" xəbər verir ki, bunlar Ağcabədi rayonundakı "Aran 2011" və Beyləqan rayonundakı "Mikroinvest" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 49-dan 47-yə düşüb, 2019-cu ildə lisenziyası ləğv edilmiş kredit ittifaqlarının sayı isə 12-dən 14-ə çatıb. 2018-ci ildə isə Palata 15 kredit ittifaqını maliyyə bazarından kənarlaşdırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!