Azərbaycanda 78 qadın hakim var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 78 qadın hakim var

Maraqlı

30 Dekabr 2020 14:07 2450


Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” dinlənilib.

Yenisabah.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim edib. Komitə sədri bildirib ki, 2005-ci il üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində qadınlar 14 nəfər (11,2 faiz) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisində 22 nəfər (18,2 faiz) təşkil edir və Milli Məclisin Sədri qadın seçilib:

“Bundan əlavə, 1 nəfər nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib. Hazırda 3 səfir, 1 konsul qadındır. Məhkəmə hakimiyyətində hakim qadınların sayı 78 nəfərdir ki, bu da 14 faiz təşkil edir. Prokurorluq orqanlarında rütbə nəzərdə tutan vəzifələrdə çalışan qadınların sayı 81 nəfərdir, bu da prokurorluq işçilərinin 7 faizi deməkdir. Yerli icra haimiyyətlərində də qadınların təmsilçilik faizi əvvəlki dövrlə müqayisədə artıb. Həmçinin məktəb direktorları və müavinləri arasında qadınların sayı artırılıb”. Toyuqlu pizza

B.Muradova deputatların fikir və təkliflərini önəmli hesab etdiyini qeyd edərək, gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələnin çox önəmli olduğunu söyləyib.

Komitə sədri bildirib ki, müşahidə edilən problemlərdən biri də cins balansının pozulmasıdır: “Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan təşkil edir. Aparılmış sorğular nəticəsində öyrənilib ki, hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!