Azərbaycanda bir gündə yoluxanların sayı sağalanlardan çox oldu -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir gündə yoluxanların sayı sağalanlardan çox oldu - RƏSMİ

Sağlamlıq

27 Aprel 2020 16:08 859


Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Yenisabah.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib. Pepperoni pizza

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128 807 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!