“Azərbaycanda bu sistemi alt-üst ediblər” – Fazil Mustafa

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda bu sistemi alt-üst ediblər” – Fazil Mustafa

Siyasət

20 Aprel 2019 17:57 1156


“Hakimiyyət komandasında xeyli qüvvələr var ki, onlar islahatların həyata keçirilməsinə maneçilik törədir. Bunlar maraqlı deyillər və maraqlı tərəfi odur ki, prezident Novruz Bayramı ilə bağlı çıxışında xüsusi vurğuladı ki, əsas diqqət məhkəmə hüquq islahatlarına yönəldilir. Amma məhkəmə hüquq islahatlarını həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salan qüvvələrdir. Ona görə də bunun necə həyata keçiriləcəyi açığı sual altındadır”.

“Yeni Sabah” xəbər verir ki, bunu  “Unikal” qəzetinə müsahibəsində Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, həmin qüvvələr ölkədə vəkillər sistemini də alt-üst ediblər: “Nümayəndəlik institutunu ləğv elədilər. Bu gün vətəndaşın normal müdafiə imkanları sıfıra enib. Çox ciddi problemlər var. Ona görə də islahat niyyəti hələ ki prezidentdən aşağı səviyyələrdə əngəllə qarşılanır”. 

Deputat digər sahələrdə də eyni durumun olduğunu qeyd edib: “Məsələn, iş adamları və sahibkarların yoxlanmasının qadağan olunması ilə bağlı müəyyən təkliflər var idi. Bu barədə prezident tərəfindən sərəncam da verildi ki, sahibkarları yoxlamaq olmaz. Onlara imkan yaratmaq lazımdır ki, daha da inkişaf etsinlər, böyüsünlər. Amma bu gün sahibkarlardan soruşsan, yenə də həmin manelər qalır”. Toyuqlu pizza

F. Mustafa son vaxtlar bir çox problemlərə prezidentin şəxsən müdaxilə etməssi hallarına da toxunub: “Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil. Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə sığorta sistemi çöküb. Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.Ya zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb.

Təhsil müəssisələrində olan müəyyən problemlərin prezidentin öz üzərinə götürməsinə gərək yoxdur. Bunlar məktəb çərçivəsində həll olunmalı məsələdir. 

Prezident deyir ki, sahibkarı yoxlamaq olmaz, amma sahibkarları qeyri-rəsmi yoxlayırlar, onlardan pul tuturlar. Müxtəlif vasitələrlə onun vəsaitini mənimsəyirlər, onlara təzyiq edirlər. 

Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar onlara müraciət etmir. Bilir ki, onun əleyhinə qərarlar çıxarılacaq. Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!