Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu,   ölən var - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, ölən var - RƏSMİ

Sağlamlıq

12 May 2020 18:27 1085


Azərbaycanda 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib. pizza mizza

Hazırkı dövrədək ölkəmizdə 2 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!