Azərbaycanda daha 39 nəfərdə koronavirus aşkarlandı -   59 nəfər sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 39 nəfərdə koronavirus aşkarlandı - 59 nəfər sağaldı

Sağlamlıq

28 Aprel 2020 17:03 747


Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Dördpendirli pizza

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!