Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxdu -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Sağlamlıq

02 May 2020 15:15 942


Azərbaycanda 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Yenisabah.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1411 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Pepperoni pizza

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!