Azərbaycanda daha bir bank bağlanır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir bank bağlanır?

İqtisadiyyat

23 Sentyabr 2025 17:05 36447


“Fitch” reytinq agentliyi “Expressbank”-ı yüksək riskli hesab edilən "B+" reytinqi ilə qiymətləndirib. 

Reytinq üzrə proqnozu isə "müsbət" yox, "sabit" olaraq təsdiqləyib. “Fitch”in təsnifatına görə, B+ – “Highly Speculative” (yüksək riskli) kateqoriyaya düşür. Bu, defolt ehtimalının az olmadığını, amma hələ ki, borclunun ödənişləri həyata keçirə bildiyini göstərir. 

Qeyd edək ki, ötən illər ərzində ölkədə fəaliyyət göstərən bir neçə bank bağlanıb. Son bağlanan banklar isə “Günay Bank” və “Muğan Bank” olub. “Fitch”in qiymətləndirməsinə əsasən “Expressbank” bağlanan banklar siyahısına daxil ola bilərmi?  Dördpendirli pizza

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, açıqlanan nəticə həmin reytinq agentliyinin sözügedən bankın reytinqini endirdiyini deməkdir: 

“Reytinqini endirmək də o deməkdir ki, bankda vəziyyət pisləşib. O baxımdan pisləşib ki, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. 

Ancaq o demək deyil ki, bu bank avtomatik olaraq müflisdir. Çünki ola bilər ki, bankın sahibləri əlavə pul qoysunlar və bunun hesabına bankı bu vəziyyətdən çıxarsınlar. Bütövlükdə bu, o deməkdir ki, bankın vəziyyəti qənaətbəxş deyil, pisləşib. Hər şey ola bilər”. 

Ekspert ümumilikdə bu ilin sonuna kimi ölkədə hansısa bankın bağlanacağını gözləmir:

“Hər halda vəziyyət əvvəlki kimi deyil ki, hər hansı bankın bağlanma ehtimalı olsun”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vlada
    "Bir dəli quyuya bir daş atar, qırx ağıllı çıxara bilməz." Özünü ekspert adlandıran şəxs heç olmasa Fitch reytinq agentliyinin prinsiplərini və Azərbaycanın banklarına verdiyi reytinqləri bilməlidir. Onun fikrinə görə, bank ən azı A reytinqi almalıdır. Halbuki Azərbaycanın heç bir qurumu dövlətin reytinqindən yuxarı qiymət ala bilməz. Hətta ölkənin sistem əhəmiyyətli bankları belə bu səviyyədə deyil. Azərbaycanın kiçik bir bankı üçün B+, yəni B səviyyəsindən yüksək olmaq, çox yaxşı nəticədir. Heç olmasa digər banklarla müqayisə edərdi. Belə yalançı "ekspert" özünü gülünc vəziyyətə saldı. Elə Siz də.
    8 months ago