Azərbaycanda ən pis işləyən icra hakimiyyətləri - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən pis işləyən icra hakimiyyətləri - Siyahı

Siyasət

19 Aprel 2019 16:44 3181


Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan icra hakimiyyətlərini və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.

Bunlar Gədəbəy, Bərdə, Baləkən və Ağstafa rayon icra hakimiyyətləridir. 

Məlumata görə, 2018-ci ildə büdcə qanunvericiliyini Gədəbəy RİH üç və Bərdə RİH altı dəfə pozub.  Dominos pizza

Əsaslı qoyuluşlar üzrə Gədəbəydə dörd, Bərdədə dörd, Balakəndə iki, Ağstafada isə dörd nöqsan aşkarlanıb. 

Ötən il dövlət satınalmaları ilə bağlı Gədəbəydə iki, Balakəndə altı, Ağstafada üç nöqsan qeydə alınıb. 

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyətində vergi və gömrük qanunvericiliyinin pozulması üzrə iki, mühasibat uçotu və hesabatlılıqla bağlı altı nöqsan aşkarlanıb.

olke.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!