Azərbaycanda faizsiz kredit verəcək banklar yaradılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda faizsiz kredit verəcək banklar yaradılacaq?

İqtisadiyyat

14 Oktyabr 2025 08:44 916


İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir. İslam bankçılığında birgə investisiya layihələri, ticarət və icarə gəlirləri əsas qazanc mənbələridir. Yəni bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda şəriət banklarının yaradılması mövzusunu şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, islam banklarında gəlir faizlə deyil, qazancın və gəlirin bölgüsü prinsipi ilə formalaşır: pizza mizza

“Burada kredit kartı, limit kimi xidmətlər o qədər inkişaf etməyib. Daha çox birgə biznes və ticari fəaliyyət formasında işləyirlər. Əgər əvvəllər kredit götürüb 10% verirdinsə, indi qazancının, məsələn, 25%-ni bankla bölüşəcəksən. Bu da o deməkdir ki, bank artıq sənin biznesinə nəzarət edəcək, çünki o, sənin fəaliyyətinə ortaq olur”.

Kərimli hesab edir ki, islam bankçılığının müsbət tərəfləri az deyil:

“Bu sistemin müsbət tərəflərindən biri islam ölkələrindən maliyyə resursların cəlb olunması imkanıdır. İslam prinsipləri ilə fəaliyyət göstərən qurumlara məhz eyni prinsiplərlə işləyən maliyyə institutları kredit verir. Bundan başqa, dini baxımdan faizə qarşı olan dindar kütlə də bu banklara üz tutacaq. Nəticədə bank sektoruna yeni müştəri axını yaranacaq”.

Ekspertin sözlərinə görə, bu banklara hər kəs müraciət edə bilər, xüsusi heç bir məhdudiyyət nəzərdə tutulmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!