Azərbaycanda koronavirusa yoluxanlar danışdı: “Kimin yaşayıb, kimin öləcəyi...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxanlar danışdı: “Kimin yaşayıb, kimin öləcəyi...” - Video

Sağlamlıq

08 May 2020 13:49 906


Azərbaycan Televiziyası (AzTV) növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.

Yenisabah.az xəbər verir ki, xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər. Süjetdən görünür ki, bir neçə gün əvvəl eyni xəstəxanadan hazırlanmış reportajda boş olan çarpayılarda artıq koronavirus xəstələri yatırlar.

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar. pizza

COVID-19-dan sağalmış Almaz Ağayeva isə deyib ki, həkimlərin səyi nəticəsində həyata yenidən göz açıb. O, yaşı çox olduğundan, koronavirusdan sağalacağına ümidsiz olsa da, özünü şanslılardan hesab edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!