Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 5335 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 157 932 test aparılıb. pizza hut
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 1 932 koronavirusa yoluxub. 25 nəfər ölüb, 1 441-i isə sağalıb. Hazırda 466 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağırdır, 8 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız