Azərbaycanda koronaviruslu hər xəstəyə gündə 80-150 manat xərclənir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronaviruslu hər xəstəyə gündə 80-150 manat xərclənir

Sağlamlıq

06 May 2020 18:04 747


"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə bir gündə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür". 

Yenisabah.az  bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, bu rəqəm dəyişən rəqəmdir: "Qeyd olunan rəqəm marta dayanan rəqəmdir. Bu xərclər xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!