Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı həlak oldu...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı həlak oldu...

Hadisə

08 Dekabr 2019 09:21 2418


Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!