Azərbaycanda müəmmalı hadisə - Ölüm xəbərini yayan şəxs görün haradan tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müəmmalı hadisə - Ölüm xəbərini yayan şəxs görün haradan tapıldı

Hadisə

23 Dekabr 2019 14:20 1517


Ağcabədi rayonunda müəmmalı hadisə baş verib.

“Yeni Sabah”ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, hadisə  rayonun Hüsülü kəndində baş verib. Kənd sakini Elmin Məmmədov polisə müraciət edərək bildirib ki, qardaşı Asəf Məmmədov evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Bundan təxminən 1 saat sonra A.Məmmədovun əmisi Ramiz Məmmədov “102” xidmətinə zəng edərək deyib ki, rayonun Təzəkənd kəndi ərazisində kanalın üstündəki körpüdən Asəfin şəxsiyyət vəsiqəsini və onun özünü kanala ataraq intihar etməsi haqda yazı olan dəftər tapıb. Bundan sonra Asəf Məmmədovun özünü kanala ataraq öldüyü ehtimal olunub. Dominos pizza

Lakin bunun səhəri günü məlum olub ki, A.Məmmədov saat 6:00 radələrində Bərdə rayon sakini Seymur Qəhrəmanovun idarə etdiyi taksi ilə Bakıya gedib. Sürücü S.Qəhrəmanov isə yolda Asəf Məmmədovun danışıqlarından və nevroloji xəstəlikdən əziyyət çəkməsindən şübhələnərək onu yaxınlıqdakı Yevlax rayon polis şöbəsinə təhvil verib. Asəf Məmmədov ailəsinə qaytarılıb. 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!