Azərbaycanda olan türk həkimdən koronavirusla bağlı sensasion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda olan türk həkimdən koronavirusla bağlı sensasion açıqlama

Sağlamlıq

12 May 2020 01:07 1001


"Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm"

Yenisabah.az xəbər verir ki, bunu azvision.az saytına Özəl Ege Şəhər Xəstəxanasında İnfeksiyon Xəstəliklər və Kliniki Mikrobioloq uzmanı Mədinə Abdullayeva bildirib.

Onun sözlərinə görə, virusun müalicəsi, ona qarşı peyvənd hələ yoxdur və təhlükə hələ davam edir: pizza sifarişi

"Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Bir il boyunca koronavirusla bağlı xəstələnmə hallarının davam edəcəyini düşünürəm. Nəzərə almaq lazımdır ki, virusun müalicəsi, ona qarşı peyvənd hələ yoxdur və təhlükə hələ davam edir. Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər. Xalqımıza tövsiyəm odur ki, dövlətimizin koronavirusla mübarizəsinə dəstək olsunlar, qaydalara əməl etsinlər. Lazım olmadıqca evdən çıxmasınlar, sosial məsafəni qorusunlar, əl və tənəffüs gigiyenasına riayət etsinlər".

Xatırladaq ki, uzman həkim M.Abdullayeva REACT-C19 layihəsi çərçivəsində Azərbaycana gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!