Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşmaqda davam edir.
“Yeni Sabah” xəbər verir ki, həftənin əvvəlində 1.20 - 1.60 manat arasında satılan pomidor hazırda 2 – 2.5 manata satılır. Bu qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə bahadır.
Əslində, 2 manata təklif olunan pomidorlar olduqca keyfiyyətsizdir. Ya bir neçə gündən qalmış, ya da əzilmiş məhsullardır. pizza sifarişi
Normal pomidorun qiyməti 2.5 manatdan başlayır.
Mütəxəssislər və rəsmi dövlət qurumlarının nümayəndələri bunu havaların soyuq keçməsi ilə əlaqələndirirlər.
Telegram kanalımız