Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pomidorun qiyməti sürətlə bahalaşır

İqtisadiyyat

11 İyul 2019 17:01 1390


Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 1.20 - 1.60 manat arasında dəyişir. Bu, ötən illə müqayisədə 30-40 faiz bahadır.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, yerli məhsulların xeyli hissəsi bazara çıxarılsa da, bu, qiymətlərin enməsinə təsir etməyib. Xaçmazda əkilən pomidorun bazara çıxarılmasına da xeyli vaxt var. Xüsusən hava şəraitinin əlverişli keçməməsi Xaçmaz pomidorunun bazara vaxtında çıxarılmasına təsir edib.

Mütəxəssislər yerli məhsulun bazara çıxmasının da qiymətlərə təsir etməyəcəyini deyirlər. Çünki sahələrdə xəstəliklərin olması və həşəratların məhsula ziyan vurması məhsuldarlığı xeyli aşağı salıb. Dördpendirli pizza

Təsərrüfatçılar isə bir ay əvvəl Azərbaycana kütləvi axın edən kəpənəklərin pomidor sahələrinə ciddi zərər vurduğunu düşünürlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!