Azərbaycanda rüşvət alan yol polisinin videosunu yaydılar -   “Hər maşına 10 manat”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rüşvət alan yol polisinin videosunu yaydılar - “Hər maşına 10 manat”

Hadisə

27 Dekabr 2019 09:04 3233


Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. 

“Yeni Sabah” Demokrat.az-a istinadən xəbər verir ki, görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də insoektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir. 

Həmçinin yolun magistral olduğunu bildirərək icazə olmadılğını deyir. Pul verilməyəcəyi təqdirdə isə yük maşınlarının tərəziyə çıxarılaraq əlavə yükün boşaldılacağını qeyd edir. pizza sifarişi

Görüntülərinin Bakı-Astara yolunda çəkildiyi və Masallı postu kimi tanınan ərazidə olduğu ehtimal olunur. 

Videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!