Azərbaycanda seçki məntəqəsi yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda seçki məntəqəsi yandı - Video

Hadisə

26 Dekabr 2019 07:21 996


Şəkidə seçki məntəqəsi yanıb.

“Yeni Sabah"ın verdiyi xəbərə görə, hadisə bu gecə baş verib. 

FHN-nin rəsmi məlumatına görə, Böyük Dəhnə kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb.  pizza

Kənd Mədəniyyət Klubunun böyük bir hissəsi yanıb, həmin binada həm Məntəqə Seçki Komissiyası, həm də kənd bələdiyyəsi yerləşir. Yanğın MnSK hissədə baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!