Azərbaycanda yaşa görə verilən müavinətlər artırıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yaşa görə verilən müavinətlər artırıla bilər

İqtisadiyyat

14 Oktyabr 2025 00:43 899


Azərbaycanda sayca 5-ci sosial paket icra olundu və bu 3 milyon insanı əhatə edib.

Sözügedən şəxslərin əməkhaqqları, pensiyaları və müavinətləri artırıldı.

Pensiya hüququ olmayan yaşa görə verilən müavinətlərin məbləği isə dəyişməyib. pizza

Gələn il bu müavinətlər artırıla bilər?

Bu ilin sentyabr ayına olan məlumata görə, yaşa görə müavinət alanların sayı 164.700 nəfərdən çox olub. Həmin şəxslərə aylıq 220 m - yaşa görə müavinət verilir. Bu məbləğ pensiyaçılar üçün nəzərəd tutulan yaşayış minimumdan 232 m aşağıdır.

Millət vəkili Vüqar Bayramov bununla bağlı təklif edib:

"Bu müavinəti 65 yaşı tamam olmuş vətəndaşlarımız alır. Onların digər gəlir yerləri olmur və daha çox sosial dəstəyə ehtiyacları olur. Bu baxımdan artırılma vacibdir. büdcə və mövcud imkanlarımız yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasına imkan yaradır. Bununla bağlı təkliflərimizi təqdim etmişik. Dövlət qurumları tərəfindən məsələnin araşdırılmasını və addımlar atılmasını məqsədə uyğun hesab edirik". 

Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!