Azərbaycanda yol qəzası: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yol qəzası: Xəsarət alan var

Hadisə

07 Dekabr 2019 19:57 750


Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Talışlı Həmid Kamran oğlu idarə etdiyi ”Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın maneəyə çırpılıb. Dördpendirli pizza

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!