Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəldi

İdman

04 İyul 2025 23:50 609


Azərbaycanın iki sərbəst güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatının finalına yüksəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Vasif Bağırov (57 kq) türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya da heç bir şans tanımayıb - 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlı Nika Zanqaladzeylə güləşəcək. pizza mizza

Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimal fərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı Lazare Qucaraidzeyə "tuş"la uduzub.

İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Remzi Temura məğlub olub - 0:4.

Muradxan Omarov (79 kq) türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevi çətinlik çəkmədən məyus edib - 11:0. Omarov sabah finalda gürcüstanlı Davit Çetçelaşviliylə qarşılaşacaq.

Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesab ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiylə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!