Azərbaycanlı aktrisa vəfat etdi - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO 

Mədəniyyət

28 Avqust 2024 11:30 4013


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya teatrdan məlumat verilib. 

Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.  Pepperoni pizza

Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək. 

Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib. 

Allah rəhmət eləsin! 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!