Azərbaycanlı kommunist Ukrayna müharibəsində həlak oldu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı kommunist Ukrayna müharibəsində həlak oldu - FOTO

Hadisə

29 Dekabr 2025 12:37 356


Azərbaycanlı Cavid Abdurzayev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

“Bender” ləqəbli C.Abdurzayev 2024-cü ilin dekabrında könüllü olaraq Rusiya ordusu sıralarına qoşulub, Ukraynaya qarşı döyüşlərdə iştirak edib. pizza sifarişi

O, dekabrın ortalarında həlak olub. Amma ailəsinə yenicə məlumat verilib.

Qeyd edək ki, Abdurzayev Cavidan Məqsud oğlu 1 yanvar 1993-cü ildə anadan olub. Rusiya vətəndaşı idi.

2022-ci ildə Rusiya Federasiyası Kommunist Partiyasına qoşulub, Samara şəhəri Lenin rayon təşkilatında qeydiyyata alınıb.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!