Azərbaycanlı qız İrəvan hava limanında niyə qalıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qız İrəvan hava limanında niyə qalıb? - Video

Dünya

10 Dekabr 2024 01:52 843


Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gürcüstanda yaşayan azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramovanın 26 noyabrda İrəvan limanından şəhərə buraxılmaması ilə bağlı iradına yalnız bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti cavab verib.

Globalinfo.az xəbər verir ki, MTX “Sputnik”in sorğusuna cavab olaraq Samirə Bayramovanın Varşava-Tiflis reysi ilə uçan təyyarənin Zvartnots hava limanına məcburi enişindən sonra Ermənistan sərhədçiləri ilə hər hansı əlaqə saxlamadığını bildirib.

“Bu reysdə olan 122 sərnişindən 110-u Ermənistana daxil olmaq arzusunu bildirib, bu proses müəyyən olunmuş qaydada sərhədçilər tərəfindən həyata keçirilib. Vətəndaş Samirə Bayramova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına heç bir sualla müraciət etməyib və sərhəd nəzarəti məntəqələrinə yaxınlaşmayıb”, – deyə Milli Təhlükəsizlik Xidmətindən bildirilib. Dominos pizza

Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraitinə görə İrəvana enməyə məcbur olub. Bütün sərnişinlər İrəvana buraxılsa da, S.Bayramovanın şəhərə getməsinə imkan verməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!