“Azərbaycanlılar Əsgəranda sərbəst şəkildə alış-veriş edirlər“   - Ermənilər narahatdır

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlılar Əsgəranda sərbəst şəkildə alış-veriş edirlər“ - Ermənilər narahatdır

Maraqlı

11 Dekabr 2020 12:44 1143


Azərbaycanlılar Əsgəran rayonunda fəaliyyət göstərən mağazalarda sərbəst şəkildə alış-veriş edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediasında çoxsaylı məlumatlar yer alıb.

Rayon “rəhbəri”nin “müavini” Armen Manqasaryan bildirib ki, bu barədə onlara da çoxsaylı məlumatlar daxil olub. pizza hut

Bundan əvvəl “İravunk” qəzeti Əsgəranın “meri” Ayk Şamiryana istinadən məlumat yaymışdı ki, azərbaycanlılar Əsgəranın kənd mağazalarından alış veriş edirlər və bu, artıq adi hala çevrilib.

"Məlumatlara görə, azərbaycanlılar təkcə Əsgəranda deyil, Stepanakertdə (Xankəndi-red) də mağazalara rahat alış-veriş edirlər. Bu adi məsələ deyil. Məsələn, dünən Azərbaycanın dövlət nömrə nişanlı avtomobilləri rus sülhməramlılarının müşayiəti ilə Əsgərandan keçiblər”, - deyə Manqasaryan əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!