Azercell-in dəstəyi ilə tələbələr üçün seminar keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə tələbələr üçün seminar keçirildi

Sosial

05 Mart 2019 17:14 859


Azercell-in dəstəyi ilə “Owbike” startapı tərəfindən tələbələrə “1 günə sayt yaratmağı öyrən” adlı seminar keçirilib.

"Yeni Sabah" xəbər verir ki, seminar zamanı sayta ehtiyacı olan şirkətlərin tapılması, bazar araşdırmasının aparılması, şirkətlər üçün vebsayt kontentinin düzgün tərtib olunması və “Owbike” sistemi çərçivəsində sayt yaradıb şirkətlərə təklif olunması tələbələrə öyrədilib. Təlim zamanı həmçinin keyfiyyətli şəkildə hazırlanan və təqdim olunan saytların şirkətlərə verdikləri üstünlüklər, düzgün kontent strategiyasının müəyyən edilməsi və digər aktual mövzular müzakirə olunub. Seminarın təşkil olunmasında məqsəd tələbələrə “Content Management” (məzmun idarəolunması) peşəsinin əsaslarını öyrətmək və gələcəkdə bu yöndə peşəkar şəkildə fəaliyyət göstərmələrinə yardımçı olmaqdır. “Owbike” startapı bundan sonra da ödənişsiz seminarların keçirilməsini davam etdirəcək.

 Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti “Owbike” buludda sayt yaratma sistemidir. Sistemdən istifadə edərək sahibkarlar heç bir texniki biliyə sahib olmadan öz gəlirlərini artıracaq biznes saytlarını asanlıqla yarada bilərlər. Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə yaradılmış bir layihədir. Mərkəz əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək, onların müstəqil şirkətə çevrilməsinə kömək edir.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!